ArazNews
Ana Səhifə / Azərbaycan / Təbrizdən Dubaya birbaşa uçuş: "Traktor Azərbaycan"ın BƏƏ-yə səfəri ilə bağlı böhran aradan qaldırıldı
Azərbaycan

Təbrizdən Dubaya birbaşa uçuş: "Traktor Azərbaycan"ın BƏƏ-yə səfəri ilə bağlı böhran aradan qaldırıldı

Təbrizdən Dubaya birbaşa uçuş:

"Traktor Azərbaycan" klubu açıqlayıb ki, bir neçə gün davam edən qeyri-müəyyənlikdən sonra komandanın səfəri ilə bağlı problem aradan qaldırılıb. Bu müddətdə komandanın BƏƏ-nin "Əl-Ayn" klubu ilə oyundan imtina etməsi ehtimalı da var idi. Klubun məlumatına görə, "Traktor"un heyəti 25 oktyabr, bazar günü səhər "Meraj" aviaşirkətinin birbaşa reysi ilə Təbrizdən Dubaya yola düşəcək.

Daha əvvəl "Traktor" klubunun baş direktoru Həccət Kərimi bildirmişdi ki, BƏƏ-yə birbaşa uçuş üçün 100 min dollar tələb olunub və klub bu xərci ödəməyə hazır deyil. Həmçinin xüsusi reysə icazə verilməsi ilə bağlı problemlər səbəbindən "Traktor"un rəhbərləri xəbərdarlıq etmişdilər ki, maneələr aradan qaldırılmasa, komanda BƏƏ-yə getməyəcək.

İndi "Traktor Azərbaycan"ın rəsmi mediası xəbər verib ki, "Meraj" aviaşirkətinin əməkdaşlığı və şirkətin baş direktoru Seyid Məhəmməd Mirsəmiyinin səyləri nəticəsində komandanın birbaşa səfəri üçün imkan yaradılıb. "Traktor Azərbaycan" 26 oktyabr, bazar ertəsi saat 19:30-da Asiya Elit Liqasının 3-cü turu çərçivəsində BƏƏ-nin "Əl-Ayn" komandası ilə qarşılaşacaq.