İranın pauerliftinq çempionu, Azərbaycandan olan vətəndaş fəalı Əlirza Şahinmehr 3 il həbs cəzasına məhkum edilib. İslam Respublikasının məhkəmə sistemi onu «etnikçilik» və «milli təhlükəsizlik əleyhinə fəaliyyət»də ittiham edib.
Şahinmehr Tehranın Qələ-Həsənxan ərazisində yaşayır. Tehran Təhlükəsizlik Prokurorluğu mehr ayının 18-də (10 oktyabr) ona bildiriş göndərərək hökmün icrası üçün çağırıb.
Bildirişə əsasən, türk idmançı 3 gün ərzində hökmlərin icrası şöbəsinə özü gəlməlidir. Prokurorluq xəbərdarlıq edib ki, gəlmədiyi təqdirdə o, məcburi qaydada gətiriləcək.