Azərbaycanlı türk jurnalist və fəal Milad Balsini cari ilin 27 mordadından (18 avqust) həbsdə saxlanılır. Barəsində müvəqqəti həbs qərarı çıxarılmasından 30 gündən çox vaxt keçsə də, onun həbs müddətinin uzadılması, saxlanıldığı yer və səhhəti barədə təsdiqlənmiş məlumat yayılmayıb.
Balsiniyə qarşı irəli sürülən ittihamlar, o cümlədən «rejim əleyhinə təbliğat», ona aid edilən və 1400-cü ildən (2021) əvvəlki illəri əhatə edən fəaliyyətlərlə bağlıdır. Əvvəlki məlumatlar da onun dindirilməsi zamanı təzyiq göstərildiyini və zorakılığa məruz qaldığını göstərir.
Həbsin davam etməsi onun səhhəti ilə bağlı narahatlığı artırmaqla yanaşı, Balsininin klinik psixologiya üzrə magistratura imtahanında iştirak etmək planını da sual altında qoyub.