ArazNews
Ana Səhifə / İnsan Haqları / Amnesty International: İslam Respublikası etirazçıları qorxutmaq üçün edamlardan istifadə edir
İnsan Haqları

Amnesty International: İslam Respublikası etirazçıları qorxutmaq üçün edamlardan istifadə edir

Amnesty International: İslam Respublikası etirazçıları qorxutmaq üçün edamlardan istifadə edir

Amnesty International təşkilatı yaydığı bəyanatda İslam Respublikasının edam cəzasından etirazın bədəlini artırmaq və xalqı qorxutmaq aləti kimi istifadə etdiyini bildirib.

Hüquq müdafiə təşkilatı 1404-cü ilin dey ayında (2025-ci ilin dekabrı – 2026-cı ilin yanvarı) keçirilən etirazlar zamanı həbs olunmuş beş etirazçının bir həftə ərzində edam edilməsini bu yanaşmanın nümunəsi kimi dəyərləndirib.

Məlumatlara görə, İslam Respublikasının məhkəmə hakimiyyəti mehr ayının 8-dən 13-dək (sentyabrın 30-dan oktyabrın 5-dək) beş nəfərin edam edildiyini açıqlayıb. Əli Hemmeti Sistani və Məcid Nikəndiş Məşhəddə, Siyavuş Cəmşidi Xeyirabadi Şəhrekordda, Əlirza Sepahi və Əlirza Rəisi isə İsfahanda edam olunublar.

Amnesty International bu edamlara istinad edərək etirazlarla bağlı ölüm cəzasının tətbiqini qorxu yaratmaq və xalq etirazlarının qarşısını almaq vasitəsi kimi səciyyələndirib.