Bir qrup BMT eksperti İranda bütün edamların dərhal dayandırılmasına çağırıb. Onlar vurğulayıblar ki, etirazlarla əlaqədar həbs olunan heç kəs, irəli sürülən ittihamdan asılı olmayaraq, edam edilməməlidir.
BMT ekspertləri xəbərdarlıq ediblər ki, İran ölüm hökmünü hələ də icra edən və sayı getdikcə azalan ölkələr sırasındadır. Ölkə əhalinin sayına nisbətdə bu cəzanın icrasına görə ən yüksək göstəriciyə malikdir. Ekspertlər həmçinin işgəncələr, məcburi itkin salınma, məcburi etiraflar və təqsirləndirilən şəxslərin lazımi vəkil yardımından məhrum edilməsi ilə bağlı məlumatlara diqqət çəkiblər.
BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Mai Sato da bildirib ki, bu bəyanat Ölüm Cəzasına Qarşı Ümumdünya Mübarizə Günü ərəfəsində edamların dərhal dayandırılmasını tələb etmək üçün yayılıb.