ArazNews
Ana Səhifə / İnsan Haqları / İslam Respublikası insan alverinə qarşı mübarizədə ən aşağı pillədə: SEPAH 12 yaşlı uşaqları da sıralarına cəlb edir
İnsan Haqları

İslam Respublikası insan alverinə qarşı mübarizədə ən aşağı pillədə: SEPAH 12 yaşlı uşaqları da sıralarına cəlb edir

İslam Respublikası insan alverinə qarşı mübarizədə ən aşağı pillədə: SEPAH 12 yaşlı uşaqları da sıralarına cəlb edir

ABŞ Dövlət Departamenti insan alverinə dair 2026-cı il hesabatında İslam Respublikasını yenə də bu qiymətləndirmənin ən aşağı səviyyəsi olan «3-cü pillədə» saxlayıb. Hesabatda bildirilir ki, Tehran insan alverinə qarşı mübarizənin minimum standartlarına əməl etmir və vəziyyəti yaxşılaşdırmaq üçün nəzərəçarpacaq səy də göstərməyib.

Hesabatda İslam Respublikasının rəsmiləri insan alveri ilə bağlı cinayətlər törətməkdə və ya bu cinayətlərə göz yummaqda ittiham olunur. Onlar həmçinin uşaqların silahlı qruplara və strukturlara cəlb olunması və onlardan istifadə edilməsi praktikasını davam etdirməkdə günahlandırılır. Hesabata əsasən, İnqilab Keşikçiləri Korpusu (SEPAH) və Bəsic iranlı uşaqlarla yanaşı, həssas vəziyyətdə olan əfqanıstanlı, pakistanlı və suriyalı miqrantları da sıralarına cəlb edib.

ABŞ Dövlət Departamenti həmçinin qeyd edir ki, SEPAH bu ilin əvvəlində başlatdığı könüllü toplama kampaniyasında bəzi fəaliyyətlər, o cümlədən təhlükəsizliklə bağlı tapşırıqlar üçün minimum yaş həddini 12 müəyyən etmişdi.