ArazNews
Ana Səhifə / İran / Pezeşkian: Müharibə zamanı raket buraxılış qurğularının yanında İranın 1500 hərbçisi öldürülüb
İran

Pezeşkian: Müharibə zamanı raket buraxılış qurğularının yanında İranın 1500 hərbçisi öldürülüb

Pezeşkian: Müharibə zamanı raket buraxılış qurğularının yanında İranın 1500 hərbçisi öldürülüb

İran prezidenti Məsud Pezeşkian cümə axşamı, oktyabrın 15-də açıqlayıb ki, ABŞ və İsraillə hərbi qarşıdurmalar zamanı raket buraxılış qurğularının yerləşdiyi məntəqələrdə fəaliyyət göstərən İslam Respublikasının 1500 hərbçisi öldürülüb.

İranın hökumət mediasının xəbərinə görə, Pezeşkian bu məntəqələrdə yerləşdirilmiş qüvvələrin vəziyyətinə toxunaraq bildirib ki, onların bəziləri aylarla yerləşdikləri yeri tərk etməyib, hətta evlərinə belə getməyiblər.

İran 12 günlük və 40 günlük müharibələr zamanı İsrailə və regionun digər ölkələrinə yüzlərlə ballistik raket atıb.

Daha əvvəl İslam Respublikası məhkəmə hakimiyyətinin sözçüsü 40 günlük müharibədə həlak olanların ümumi sayının 3519 nəfər olduğunu açıqlamışdı. Onun sözlərinə görə, bu statistika ölənlərin ümumi sayını əhatə edirdi və hərbçilərlə mülki şəxslər arasında bölgü aparılmırdı.