Səudiyyə Ərəbistanı iki Banqladeş vətəndaşını – Nəzrül İslam Əbdülbəsir və Siti Axtəri başlarını kəsməklə edam edib. Gənc cütlük Məkkədəki məscidlərdən birində «əxlaqsız hərəkət» etməkdə ittiham olunurdu.
Onlar barəsində çıxarılan hökm 14 oktyabrda (22 mehr) icra olunub. İki gəncin başsız cəsədləri tabutda Banqladeşə göndərilib.
Banqladeş hökuməti bu edama cavab olaraq Səudiyyə Ərəbistanına rəsmi etiraz notası təqdim edib.