Tehrandan İstanbula uçan "Iran Airtour" aviaşirkətinə məxsus 9700 nömrəli reys bu gün, 14 oktyabr, çərşənbə günü saat 18:00-da texniki nasazlıq səbəbindən Təbriz Beynəlxalq Hava Limanına məcburi eniş edib.
Reysdəki 116 sərnişinin hamısı sağ-salamat tranzit salonuna keçirilib.
Təyyarədəki texniki nasazlığın aradan qaldırılması və ya alternativ reysin təşkili üçün tədbirlər görülür. İlkin məlumatda texniki nasazlığın növü barədə təfərrüat açıqlanmayıb.