Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də İsrail Prezidenti İsxak Hersoq ilə görüşüb və söhbət aparıb.
Görüşdə Hersoq Azərbaycanın 2026-2028-ci illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyini davam etdirməsini bu ölkəyə olan yüksək etimadın göstəricisi kimi qiymətləndirib, Bakının praktiki əməkdaşlığın genişləndirilməsi və üzv ölkələr arasında etimadın gücləndirilməsi istiqamətində atdığı addımları alqışlayıb.
Öz növbəsində İlham Əliyev bu qiymətləndirməyə görə təşəkkürünü bildirib və Azərbaycanın bu qurum çərçivəsində qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlığın inkişafı istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.
Tərəflər həmçinin Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.