İran prezidenti Məsud Pezeşkian Türkmənistanda keçirilən regional toplantıların kənarında Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşüb və ikitərəfli əlaqələr barədə danışıb.
Araz News-un Tasnimə istinadən verdiyi xəbərə görə, Pezeşkian bu görüşdə Tehran ilə İrəvan arasında əlaqələrin gücləndirilməsini, qarşılıqlı etimadın artırılmasını və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsini vurğulayıb.
Görüş Müstəqil Dövlətlər Birliyi ölkələri başçılarının iclasının və Xəzər dənizi ilə bağlı ətraf mühit toplantısının kənarında keçirilib.