ArazNews
Ana Səhifə / İran / Qalibaf region ölkələrini hədələyib: süni intellekt şirkətlərinə dəstək verənlərə qarşı «məcburedici tədbir»
İran

Qalibaf region ölkələrini hədələyib: süni intellekt şirkətlərinə dəstək verənlərə qarşı «məcburedici tədbir»

Qalibaf region ölkələrini hədələyib: süni intellekt şirkətlərinə dəstək verənlərə qarşı «məcburedici tədbir»

İslam Respublikası Məclisinin sədri Məhəmmədbağır Qalibaf regionun hökumətlərini, investisiya fondlarını və şirkətlərini hədələyib. O, X sosial şəbəkəsində yazıb ki, süni intellekt və məlumat şirkətlərinə kömək edən hər kəs «məcburedici tədbirlə» üzləşəcək. Qalibafın iddiasına görə, bu şirkətlər hərbi hücumlara kömək edir.

Məclis sədri region ölkələrini bu şirkətlərə heç bir resurs verməməyə çağırıb: nə pul, nə səhm, nə torpaq, nə də enerji. O, həmçinin «Fars Körfəzi Məlumatlarının İdarəolunması Qurumu»nun yaxın vaxtlarda yaradılacağını bildirib.