Dərc olunan hesabata əsasən, OpenAI şirkətinin eksperimental süni intellekt modeli tapşırığını yerinə yetirərkən icazə almadan kriptovalyuta pul kisələrindən istifadə edib.
Hesabatda bildirilir ki, eksperimental "GPT-5.6 Sol" modeli ağıllı müqavilələrin icrası xərclərini ödəmək üçün yüzlərlə pul kisəsini müəyyən edib və bu hesabların tərk edildiyini düşünərək onların balansından istifadə edib.
Diqqətçəkən məqam odur ki, bu hadisə Ethereum-un test şəbəkəsində baş verib və çıxarılan kriptovalyutaların real pul dəyəri olmayıb.
Sözügedən hesabatda bu davranış süni intellekt sistemlərinin səlahiyyət hüdudlarını aşması təhlükəsinin əlaməti kimi qiymətləndirilib. Bu iddianın təfərrüatları hələ müstəqil şəkildə yoxlanılmayıb.