ArazNews
Ana Səhifə / Xəbər / Ankara Universitetində professor doktor Məhəmmədtağı Zehtabinin xatirəsinə həsr olunmuş mərasim keçiriləcək
Xəbər

Ankara Universitetində professor doktor Məhəmmədtağı Zehtabinin xatirəsinə həsr olunmuş mərasim keçiriləcək

Ankara Universitetində professor doktor Məhəmmədtağı Zehtabinin xatirəsinə həsr olunmuş mərasim keçiriləcək

Görkəmli elm və mədəniyyət xadimi, alim professor doktor Məhəmmədtağı Zehtabinin xatirəsinə həsr olunmuş mərasim "Varlıq" jurnalı və Ankara Universitetinin Türkologiya Cəmiyyətinin təşəbbüsü ilə keçiriləcək.

Mərasimdə ustad Zehtabinin həyatından bəhs edən sənədli filmin nümayişi və Ankara Universitetinin Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları bölməsinin əməkdaşı doktor Məhəmmədrza Heyətin moderatorluğu ilə ixtisas paneli olacaq. Tədbirdə Girəsun Universitetinin Türk Dili və Ədəbiyyatı bölməsinin professoru, professor doktor Əli Kafkasyalı, eləcə də ustad Zehtabinin tələbələrindən olan və İsveçdə yaşayan Azər Fərruhi çıxış edəcək. Bundan əlavə, tədbirin musiqi hissəsində Araz Elses ifa edəcək.

Mərasim 2026-cı il noyabrın 4-də, çərşənbə günü saat 14:00-da Ankara Universitetinin Dil, Tarix və Coğrafiya Fakültəsinin Müzəffər Göker salonunda (Muzaffer Göker Salonu) keçiriləcək.