İran Respublikasının məhkəmə hakimiyyəti 1402-ci ilin dey ayında Minab–Cask yolunda polis məmurunu maşınla vurub öldürmək ittihamı ilə saxlanılan şəxsin Minabda edam edildiyini açıqlayıb.
Araz News-un məlumatına görə, Mizan xəbər agentliyi edam edilən şəxsi «Casim Hüseyniyanın qatili» kimi təqdim edib, lakin onun adını və kimliyini açıqlamayıb. Məhkəmə orqanı hökmün Ali Məhkəmədə yenidən nəzərdən keçirildikdən sonra təsdiqləndiyini bildirib. Bununla yanaşı, məhkəmə prosesi, təqsirləndirilən şəxsin vəkildən istifadə imkanı və işin təfərrüatları barədə heç bir məlumat yayılmayıb.
Verilən statistikaya görə, bu, 2026-cı ilin əvvəlindən bəri İran Respublikasında qeydə alınan 621-ci edamdır.