ArazNews
Ana Səhifə / Xəbər / «Turuk» beynəlxalq nəşrə başlayıb: Kanadada fəaliyyət göstərən elmi jurnal Azərbaycanda və Kanadada çap olunub
Xəbər

«Turuk» beynəlxalq nəşrə başlayıb: Kanadada fəaliyyət göstərən elmi jurnal Azərbaycanda və Kanadada çap olunub

«Turuk» beynəlxalq nəşrə başlayıb: Kanadada fəaliyyət göstərən elmi jurnal Azərbaycanda və Kanadada çap olunub

Müxtəlif ölkələrdən olan professor və tədqiqatçıların iştirakı ilə «Turuk» beynəlxalq elmi-tədqiqat jurnalının ilk iki sayı Kanadada və Azərbaycan Respublikasında nəşr olunub.

Jurnal Kanadadakı «Az Media Group» təşkilatı tərəfindən nəşr edilir. O, humanitar elmlər, sosial elmlər, tarix, dilçilik, ədəbiyyat, mədəniyyət və fənlərarası tədqiqatlar sahələrini əhatə edir.

«Turuk» rəyçili və açıq girişli nəşrdir və məqalələrinin elektron versiyası ödənişsiz yayımlanır. Jurnalın redaksiya heyətinə Azərbaycan, Türkiyə, Kanada, Qazaxıstan, Özbəkistan, Fransa və digər ölkələrdən olan tədqiqatçılar daxildir.

Jurnalın çap versiyasının beynəlxalq standart seriya nömrəsi (ISSN) 3111-3931, elektron versiyasınınkı isə 3111-394X-dir. Jurnal tədqiqatçıları və doktorantları məqalə göndərməyə dəvət edib.

www.turuk.org