ArazNews
Ana Səhifə / Dünya / Regionda gərginliyin davam etdiyi bir vaxtda Rubio ilə Netanyahu arasında telefon danışığı olub
Dünya

Regionda gərginliyin davam etdiyi bir vaxtda Rubio ilə Netanyahu arasında telefon danışığı olub

Regionda gərginliyin davam etdiyi bir vaxtda Rubio ilə Netanyahu arasında telefon danışığı olub

ABŞ dövlət katibi Marko Rubio Yaxın Şərqdə gərginliyin davam etdiyi bir vaxtda İsrailin baş naziri Binyamin Netanyahu ilə telefonla danışıb.

"Reuters"in məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsü bu danışığın bazar ertəsi, oktyabrın 5-də, Rubionun İslandiyaya səfəri zamanı baş tutduğunu bildirib.

Məlumata əsasən, Rubio Netanyahu ilə təyyarənin içindən əlaqə saxlayıb. Lakin söhbətin mövzusu və ya tərəflər arasında hər hansı razılaşmanın olub-olmaması barədə təfərrüat açıqlanmayıb.