ArazNews
Ana Səhifə / Dünya / Tramp: Hörmüz boğazından neft keçidi müharibədən əvvəlki səviyyəyə qayıdıb
Dünya

Tramp: Hörmüz boğazından neft keçidi müharibədən əvvəlki səviyyəyə qayıdıb

Tramp: Hörmüz boğazından neft keçidi müharibədən əvvəlki səviyyəyə qayıdıb

ABŞ prezidenti Donald Tramp qrafik paylaşaraq Hörmüz boğazından neft daşınmasının müharibənin ilk aylarında kəskin azaldıqdan sonra hazırda münaqişənin başlanmasından əvvəlki səviyyəyə qayıtdığını açıqlayıb.

Tramp oktyabrın 8-də, cümə axşamı «Truth Social» sosial şəbəkəsində «Neft müharibədən əvvəlki səviyyədədir» başlıqlı qrafik paylaşıb. Qrafikə əsasən, Hörmüz boğazından neft keçidi iyun ayından artım tendensiyası nümayiş etdirib və iyul-oktyabr aylarında müharibədən əvvəlki həddə yaxınlaşıb.

Tramp bir gün əvvəl də ABŞ ordusunun neft tankerlərinin Hörmüz boğazından çıxarılmasında rol oynadığını və eyni zamanda İslam Respublikasına qarşı dəniz blokadasını davam etdirdiyini bildirmişdi.

ABŞ Energetika İnformasiya Administrasiyasının açıqladığı məlumatlara görə, İranın neft hasilatı və ixracının kəskin azalmasına baxmayaraq, qlobal neft hasilatı da Yaxın Şərq müharibəsindən əvvəlki səviyyəyə yaxınlaşır.