İranda internet senzurasının sərtləşdirilməsi ilə istifadəçilər bir neçə saatdır ki, VPN olmadan süni intellekt çatbotlarına daxil ola bilmirlər. "Digiato" saytının məlumatına görə, bu məhdudiyyət həmin çatbotların tətbiqlərinin əksəriyyətini işləməz hala salıb. Bəzi istifadəçilər onların veb versiyasının da VPN olmadan açılmadığını bildirirlər.
Bir müddət əvvələdək ChatGPT, Claude, Grok və Spotify kimi xidmətlər trafikin infrastruktur səviyyəsində yan keçirilməsi sayəsində VPN olmadan açılırdı. İndi bu yol da bağlanıb.
Bu ilin mordad ayında (iyul-avqust) da ChatGPT və Spotify VPN olmadan əlçatmaz olmuşdu. Həmin məhdudiyyət bir neçə gündən sonra aradan qaldırılmışdı.