Bəluc fəallarına yaxın media orqanları Xaş şəhristanında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə bəluc silahlı qrupu arasında geniş miqyaslı toqquşma baş verdiyini xəbər verib. Həmin media orqanlarının məlumatına görə, qrupun çoxsaylı üzvü SEPAH-la döyüşür.
Xaşın bəzi ərazilərindən atəş səsləri eşidilir.
Hökumət mediası bu toqquşmanı özünün «terrorçu» adlandırdığı qrupların hücumu ilə əlaqələndirib.