Şərqi Azərbaycan əyaləti Məhkəmə Tibbi Ekspertiza İdarəsinin baş direktoru Mehrdad Setare cari ilin ilk yarısında əyalətdə 20 nəfərin karbon monoksid qazını tənəffüs etməsi nəticəsində həyatını itirdiyini açıqlayıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 8 nəfər çoxdur. Həyatını itirənlərdən 12 nəfəri kişi, 8 nəfəri isə qadın olub.
Setare isitmə cihazlarını yandırmazdan əvvəl bacaların sazlığının və yanma qazlarının düzgün xaric olunmasının yoxlanılmasını tövsiyə edib.