ArazNews
Ana Səhifə / Azərbaycan / Traktor azarkeş qrupları Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz etməyə çağırıb
Azərbaycan

Traktor azarkeş qrupları Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz etməyə çağırıb

Traktor azarkeş qrupları Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz etməyə çağırıb

Cənubi Azərbaycanın müxtəlif şəhərlərindəki Azərbaycan Traktor komandasının azarkeş qrupları Ənzəli şəhərində türklərə qarşı səsləndirilən irqçi şüarlara, eləcə də İran Futbol Federasiyasının və İranın siyasi rəsmilərinin bu hərəkətlərə laqeyd yanaşmasına etiraz olaraq ayrı-ayrı bəyanatlar yayıb. Onlar azarkeşləri komandanın cümə axşamı Abadanın «Sənət Nəft» komandası ilə oyununa kütləvi şəkildə gəlməyə çağırıblar.

Bu qruplar bəyanatlarında Traktor azarkeşlərindən Təbrizin Səhənd stadionuna kütləvi şəkildə gəlməyi istəyiblər. Azarkeşlər üzərində «İranda türklərə qarşı irqçiliyə yox!» və «No to racism against Turks in Iran» yazılmış plakatlar qaldıraraq irqçi şüarlara və bu hərəkətlərə qarşı təsirli tədbirlər görülməməsinə etirazlarını bildirməlidirlər.

Azərbaycan Traktor və Abadanın «Sənət Nəft» komandaları arasındakı oyun 22 oktyabr (30 mehr), cümə axşamı saat 17:00-da Təbrizin Səhənd stadionunda keçiriləcək.