ArazNews
Ana Səhifə / Azərbaycan / Traktor klubundan irqçi təhqirlərə rəsmi reaksiya: «İrqçiliyə yox»
Azərbaycan

Traktor klubundan irqçi təhqirlərə rəsmi reaksiya: «İrqçiliyə yox»

Traktor klubundan irqçi təhqirlərə rəsmi reaksiya: «İrqçiliyə yox»

Azərbaycan Traktor klubu qısa bəyanat yayaraq bildirib: «Bəndər-Ənzəlinin Məlavan və Traktor komandaları arasındakı oyun Traktor futbolçularına ünvanlanan çoxsaylı söyüşlər, həmçinin ev sahibi komandanın stadionda olan azarkeşlərinin irqçi və etnik təhqirləri səbəbindən keçirilmədi.»

Klubun bu rəsmi mövqeyi Ənzəli stadionunda baş verən hadisələrin və türk millətinə qarşı səslənən irqçi təhqirlərin geniş reaksiyaya səbəb olduğu bir vaxtda açıqlanıb.

Azərbaycan Traktor klubu bu mesajla İran futbolunda türklərə qarşı irqçilik mədəniyyətinin mövcud olduğunu bir daha vurğulayıb.

Hazırda Futbol Federasiyasının və İntizam Komitəsinin bu hadisələrlə, eləcə də onlara görə məsuliyyət daşıyanlarla bağlı qərar verməsi gözlənilir.