ArazNews
Ana Səhifə / İran / Vaşinqton Tehranın Kuhestək toy mərasiminə hücumla bağlı versiyasına şübhə ilə yanaşır
İran

Vaşinqton Tehranın Kuhestək toy mərasiminə hücumla bağlı versiyasına şübhə ilə yanaşır

Vaşinqton Tehranın Kuhestək toy mərasiminə hücumla bağlı versiyasına şübhə ilə yanaşır

ABŞ Siriq şəhristanındakı Kuhestək limanına edilən hava hücumunu araşdırır. İslam Respublikasının məmurları bu hücumun toy mərasimini hədəf aldığını iddia edirlər.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, bu məsələ Vaşinqton üçün əhəmiyyət daşıyır və nə baş verdiyini öyrənmək istəyirlər. O əlavə edib ki, şəxsən bu versiyaya şübhə ilə yanaşır, çünki İranın dövlət televiziyası indiyədək bu toqquşma barədə dəqiq məlumat verməyib.

İslam Respublikası iddia edir ki, 1 sentyabr axşamı Kuhestəkə edilən hücumda biri uşaq olmaqla dörd nəfər ölüb, onlarla nəfər isə yaralanıb.

Vens bildirib ki, ABŞ ordusu Sepah-dan fərqli olaraq mülki şəxsləri hədəf almır və səhv baş verdiyi halda bundan nəticə çıxarır.