İslam Respublikası yeraltı obyektlərdə raket və pilotsuz uçuş aparatlarının istehsalını bərpa edib. Bəzi rəsmilərin sözlərinə görə, Tehran məruz qaldığı hücumlara baxmayaraq, hələ də bu silahların xeyli ehtiyatını və onları yeni qarşıdurmada tətbiq etmək imkanını qoruyub saxlayır.
Tehran həm açıq şəkildə, həm də pərdəarxası diplomatik kanallar vasitəsilə vasitəçiləri xəbərdar edib ki, ABŞ və İsrail hava hücumlarını bərpa edəcəyi təqdirdə onun cavabı Amerika bazaları və hərbi gəmiləri ilə məhdudlaşmayacaq. Körfəzdəki qonşu ölkələrin hava limanları, boru kəmərləri, iqtisadi obyektləri və mülki hədəfləri də İslam Respublikasının təhdid siyahısındadır. Amerika mediası daha əvvəl noyabrın 3-də (12 aban) keçiriləcək Konqresə aralıq seçkilərdən sonra İrana yeni hücumların nəzərdən keçirildiyini xəbər vermişdi.