ArazNews
Ana Səhifə / İran / Yusif Pezeşkian: İsrailin gələcəkdə ehtimal olunan hücumda ilk hədəfinin kim olacağını bilirəm
İran

Yusif Pezeşkian: İsrailin gələcəkdə ehtimal olunan hücumda ilk hədəfinin kim olacağını bilirəm

Yusif Pezeşkian: İsrailin gələcəkdə ehtimal olunan hücumda ilk hədəfinin kim olacağını bilirəm

İran İslam Respublikası prezidentinin oğlu Yusif Pezeşkian Behişti Universitetinin bəsicçi tələbələri ilə görüşündən danışarkən bir məsələyə toxunub. Bu məsələ yeni hərbi qarşıdurma başlayacağı təqdirdə İsrailin hədəfləri barədə suallar doğura bilər.

O, şəxsi Telegram kanalında yazdığı qeyddə İsrail yenidən hücum edərsə, ilk hədəfin kim olacağını bildiyini iddia edib.

Pezeşkian Telegram kanalında yazıb ki, tələbələr ondan müharibənin gələcəyi ilə bağlı soruşublar. O, cavabında belə deyib: «Mən də sizin kimi gələcəkdən heç nə bilmirəm. Yalnız bir şeyi bilirəm: əgər yeni hərbi hücum baş verərsə və onu İsrail planlaşdırıb həyata keçirərsə, o zaman onların ilk hədəfi…»

O, adın yerinə qoyduğu üç nöqtədən sonra yalnız bunu yazıb: «Kim olacağını dedim». Bununla da İslam Respublikası prezidentinin oğlu İsrailin ehtimal olunan ilk hədəfinin kim olduğunu görüşdəki tələbələrə dediyini iddia edir. Lakin o, bu adı ictimaiyyətə açıqlamamağa üstünlük verib.