ArazNews
Ana Səhifə / İran / Məclisin Daxili işlər komissiyasının sədri Məhəmməd Saleh Cokar: ABŞ hücum edərsə, nüvə silahından istifadəyə icazə verilməlidir
İran

Məclisin Daxili işlər komissiyasının sədri Məhəmməd Saleh Cokar: ABŞ hücum edərsə, nüvə silahından istifadəyə icazə verilməlidir

Məclisin Daxili işlər komissiyasının sədri Məhəmməd Saleh Cokar: ABŞ hücum edərsə, nüvə silahından istifadəyə icazə verilməlidir

İslam Respublikası Məclisinin Daxili işlər komissiyasının sədri ABŞ İrana hücum edəcəyi təqdirdə nüvə silahından istifadəyə icazə verilməsini tələb edib. Məhəmməd Saleh Cokar oktyabrın 22-də, cümə axşamı İslam Respublikasının rəsmilərini «çəkindirmə» məqsədilə «çəkindirici silahların, o cümlədən nüvə silahının» tətbiqinə icazə verməyə çağırıb.

Cokar həmçinin İrana hücum üçün öz ərazisini və hava məkanını ABŞ-ın ixtiyarına verəcək ölkələri İslam Respublikasının «sərt cavabı» ilə hədələyib. Onun sözlərinə görə, bu ölkələr belə addıma görə «ağır bədəl» ödəyəcəklər.

Deputat 40 günlük müharibə ilə bağlı da iddia edib ki, ABŞ bütün hərbi gücünü meydana çıxarmasına baxmayaraq, «heç bir irəliləyiş əldə etməyib» və məqsədlərinə çatmayıb.