ArazNews
Ana Səhifə / İran / Ordunun Quru Qoşunlarının komandanı «müharibə vəziyyəti»ndən danışıb: Bütün bölmələrə ən yüksək səviyyədə hazırlıq əmri verilib
İran

Ordunun Quru Qoşunlarının komandanı «müharibə vəziyyəti»ndən danışıb: Bütün bölmələrə ən yüksək səviyyədə hazırlıq əmri verilib

Ordunun Quru Qoşunlarının komandanı «müharibə vəziyyəti»ndən danışıb: Bütün bölmələrə ən yüksək səviyyədə hazırlıq əmri verilib

İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı bölmə komandirlərinə qüvvələrinin hazırlığını ən yüksək səviyyədə saxlamağı əmr edib. Bu əmri o, Ordunun Quru Qoşunlarının 258-ci səyyar hücum briqadasına xəbərsiz baş çəkərkən verib.

Hərbi komandan «müharibə vəziyyətində» hər hansı diqqətsizlik və səhlənkarlığın ağır bədəllərə səbəb ola biləcəyini deyərək xəbərdarlıq edib. Onun sözlərinə görə, real hazırlıq üçün davamlı təlimlər, əməliyyat imkanlarının dəqiq qiymətləndirilməsi və bölmələr arasında koordinasiya lazımdır.

O, həmçinin «çatışmazlıqların müəyyən edilməsi və tez aradan qaldırılması»nın vacibliyini vurğulayıb. Quru Qoşunlarının komandanı bütün səviyyələrdəki komandirlərdən planlaşdırma və davamlı nəzarət yolu ilə tabeliklərindəki bölmələrin döyüş qabiliyyətini artırmağı tələb edib.