Əl-Cəzirəyə istinadən Pakistan Xarici İşlər Nazirliyi açıqlayıb ki, əldə edilmiş razılaşmalara əsasən, Tehran və Vaşinqton arasında birbaşa əlaqə xətti yaradılacaq. Bu addımın mümkün problemlərin və anlaşılmazlıqların qarşısını almaq məqsədilə atıldığı bildirilir.
Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, İslamabad son razılaşmanın səmərəli şəkildə həyata keçirilməsi üçün İran və Amerika tərəfləri ilə davamlı məsləhətləşmələr aparır.
O, həmçinin İran və ABŞ arasında yeni texniki danışıqlar turununun gələn həftə keçiriləcəyini xəbər verib və əlavə edib ki, həmin danışıqlar Qətər və Pakistanın vasitəçiliyi ilə baş tutacaq.
Pakistan rəsmilərinin sözlərinə görə, Tehran və Vaşinqton arasında birbaşa əlaqə kanalının yaradılması yeni dialoq prosesinin gedişatında əldə edilmiş mühüm razılaşmalardan biri sayılır.