ArazNews
Ana Səhifə / Xəbər / Tramp: İranla razılaşmadan razı qalmasam, bombardmanı yenidən başlayacağıq
Xəbər

Tramp: İranla razılaşmadan razı qalmasam, bombardmanı yenidən başlayacağıq

Tramp: İranla razılaşmadan razı qalmasam, bombardmanı yenidən başlayacağıq


ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla imzalanan memorandum yekun razılaşma deyil və Vaşinqton onun icrasından narazı qalacağı təqdirdə hərbi əməliyyatlar yenidən başlayacaq.


ArazNews-un məlumatına görə, Tramp Fransada keçirilən G7 sammiti çərçivəsində jurnalistlərə deyib: «Bu, bir memorandumdur. Əgər ondan razı qalmasam və ya İran düzgün davranmasa, yenidən onlara atəş açacağıq və başlarına bombalar yağdıracağıq.»


O əlavə edib ki, yekun razılaşmanın əldə olunması üçün danışıqlar davam edəcək və ABŞ-ın əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.


Eyni zamanda, G7 ölkələrinin liderləri İranla ABŞ arasında əldə olunan müvəqqəti razılaşmanı alqışlayaraq, Livanda dərhal atəşkəsin təmin olunmasına çağırıblar. Onlar həmçinin Hörmüz boğazından asılılığı azaltmaq üçün alternativ enerji nəqli marşrutlarının inkişaf etdiriləcəyini bildiriblər.