ArazNews
Ana Səhifə / Xəbər / Tramp: İran İslam Respublikası ilə razılaşma yaxındır; saziş həftəsonu imzalana bilər
Xəbər

Tramp: İran İslam Respublikası ilə razılaşma yaxındır; saziş həftəsonu imzalana bilər

 Tramp: İran İslam Respublikası ilə razılaşma yaxındır; saziş həftəsonu imzalana bilər


Donald Tramp bildirib ki, ABŞ ilə İran İslam Respublikası arasında son üç ayda davam edən müharibəni başa çatdıracaq razılaşma yaxın vaxtlarda, hətta bu həftənin sonunadək imzalana bilər. Lakin Tehran hələ yekun qərarın verilmədiyini açıqlayıb.

Araz News-un Reuters-ə istinadən verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Tramp cümə axşamı günü bildirib ki, Vaşinqton və İran İslam Respublikası arasında əldə olunan razılaşma tezliklə imzalana bilər.


Tramp iddia edib ki, saziş imzalandıqdan sonra Hörmüz boğazında gəmiçilik fəaliyyəti normal vəziyyətə qayıdacaq. O əlavə edib ki, ABŞ vitse-prezidenti Cey Di Vens razılaşmanın imzalanma mərasimində iştirak edəcək.


Bununla yanaşı, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, razılaşmanın mühüm hissələri yekunlaşdırılsa da, onunla bağlı hələ son qərar qəbul edilməyib və məsələ araşdırılır.


Reuters yazır ki, razılaşmaya nail olunacağına dair ümidlər neft qiymətlərinin aşağı düşməsinə və fond bazarlarının yüksəlməsinə səbəb olub. Bununla belə, Hörmüz boğazında gərginlik davam edir və bölgədə məhdud qarşıdurmalar barədə məlumatlar yayılır.


Tramp vurğulayıb ki, istənilən razılaşma İran İslam Respublikasının nüvə silahı əldə etməsinin qarşısını almalıdır. Tehran isə bu iddianı daim rədd edir.