ArazNews
Ana Səhifə / Xəbər / Tramp UFC yarışlarını Ağ Evə gətirir
Xəbər

Tramp UFC yarışlarını Ağ Evə gətirir

Tramp UFC yarışlarını Ağ Evə gətirir


Donald Tramp idman tədbirlərindən siyasi nüfuzunu gücləndirmək üçün istifadə etməyə davam edir. Bu həftə UFC yarışları Ağ Evin ərazisində keçiriləcək.


Araz News-un Reuters-ə istinadən verdiyi məlumata görə, Donald Tramp bazar günü, ABŞ Bayraq Günü və 80 illik yubileyi ilə eyni vaxta təsadüf edən tədbirdə UFC yarışlarına ev sahibliyi edəcək.


Bu tədbir ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə hazırlanan proqramların bir hissəsidir. Proqram çərçivəsində avtomobil yarışları və futbol üzrə Dünya Kuboku ilə bağlı müxtəlif tədbirlər də nəzərdə tutulub.


Trampın tərəfdarları bu tədbirləri ABŞ-ın yumşaq gücünün və qlobal mövqeyinin nümayişi kimi qiymətləndirirlər. Tənqidçilər isə ABŞ prezidentinin idmandan siyasi imicini möhkəmləndirmək məqsədilə istifadə etdiyini bildirirlər.


Reuters yazır ki, UFC yarışlarının Ağ Evdə keçirilməsi ABŞ tarixində görünməmiş bir addımdır və siyasi və idman dairələrində geniş müzakirələrə səbəb olub.