ArazNews
Ana Səhifə / Xəbər / Netanyahu Ofisi: Tramp İranla formalaşmaqda olan anlaşmanı müzakirə edib
Xəbər

Netanyahu Ofisi: Tramp İranla formalaşmaqda olan anlaşmanı müzakirə edib

 Netanyahu Ofisi: Tramp İranla formalaşmaqda olan anlaşmanı müzakirə edib


İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi iyunun 21-də axşam saatlarında açıqlayıb ki, ABŞ Prezidenti Donald Tramp həmin gün Netanyahu ilə İran İslam Respublikası ilə “danışıqlara başlanması üçün formalaşmaqda olan memorandum” barədə telefon danışığı aparıb.

ArazNews-un məlumatına görə, Netanyahu Ofisi bildirib ki, İsrail bu memorandumun tərəfi olmasa da, baş nazir Trampın danışıqların sonunda əldə olunacaq yekun razılaşmanın zənginləşdirilmiş materialların aradan qaldırılmasını, zənginləşdirmə infrastrukturunun sökülməsini, raket istehsalına məhdudiyyət qoyulmasını və İran İslam Respublikasının bölgədəki silahlı müttəfiqlərinə dəstəyinin dayandırılmasını nəzərdə tutacağına dair öhdəliyini yüksək qiymətləndirib.


ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, Vaşinqton və İran İslam Respublikası “əla bir razılaşma” əldə ediblər və yekun sənədlər yaxın günlərdə, böyük ehtimalla Avropada imzalanacaq.


O həmçinin açıqlayıb ki, ABŞ vitse-prezidenti Cey Di Vens bu razılaşmanın yekunlaşdırılması prosesini izləmək üçün Avropaya səfər edəcək.


Tramp əlavə edib ki, əldə olunan razılaşmaya əsasən İran İslam Respublikası nüvə silahına malik olmayacaq və Hörmüz boğazı yenidən açılacaq.