ArazNews
Ana Səhifə / Bölgə / Azov dənizində Ukrayna PUA hücumu nəticəsində beş azərbaycanlı dənizçi həlak olub
Bölgə

Azov dənizində Ukrayna PUA hücumu nəticəsində beş azərbaycanlı dənizçi həlak olub

Azov dənizində Ukrayna PUA hücumu nəticəsində beş azərbaycanlı dənizçi həlak olub


Azov dənizində taxıl daşıyan iki gəmiyə Ukrayna pilotsuz uçuş aparatlarının hücumu nəticəsində beş azərbaycanlı dənizçi həyatını itirib. Hücum ötən gecə baş verib.


ArazNews-un Clash Report-a istinadən verdiyi məlumata görə, “Natra” gəmisi dörd PUA-nın zərbəsinə məruz qaldıqdan sonra iki ekipaj üzvünü itirib. “Zirkon” gəmisində isə üç azərbaycanlı dənizçi həlak olub. Hücum nəticəsində gəmidə yanğın başlayıb və ekipaj gəmini tərk edib. Məlumata görə, gəmi hələ də yanmaqdadır.


Hər iki gəmidən xilas olan 21 nəfər ərazidən keçən digər gəmilər tərəfindən xilas edilib.


Məlumata əsasən, hər iki gəmi azərbaycanlı özəl podratçılara məxsus olub və xarici bayraq altında Rusiyadakı limanlardan birinə taxıl yükləmək üçün hərəkət edirdi.


Bu hadisə Azov dənizində pilotsuz uçuş aparatlarının hücumları nəticəsində Azərbaycan vətəndaşlarının həlak olmasının ilk təsdiqlənmiş halı kimi qiymətləndirilir.