ArazNews
Ana Səhifə / Xəbər / Fars: Trampın İranla mümkün razılaşma barədə açıqlamaları memorandumun mətninə uyğun gəlmir
Xəbər

Fars: Trampın İranla mümkün razılaşma barədə açıqlamaları memorandumun mətninə uyğun gəlmir

Fars: Trampın İranla mümkün razılaşma barədə açıqlamaları memorandumun mətninə uyğun gəlmir


Sepah-a bağlı Fars Xəbər Agentliyi “məlumatlı mənbələrə” istinadən bildirib ki, Donald Trampın ABŞ ilə İran arasında mümkün razılaşma barədə son açıqlamaları müzakirə olunan mətnlə üst-üstə düşmür və irəli sürülən bəzi iddialar “etibarlı deyil”.


ArazNews-un məlumatına görə, mənbələr razılaşma mətninin “öhdəlik müqabilində öhdəlik” prinsipi əsasında hazırlandığını və hazırda İranda yekun baxış mərhələsində olduğunu iddia ediblər. Onların sözlərinə görə, Trampın dediyinin əksinə olaraq, sənəddə Hörmüz boğazının rüsum olmadan açılması və ya İranın bütün nüvə materiallarının ləğv edilməsi ilə bağlı hər hansı bənd yoxdur.


Fars həmin mənbələrə istinadən yazıb ki, razılaşmanın əsas maddələrindən biri İranın dondurulmuş aktivlərindən 12 milyard dolların dərhal azad edilməsidir. Mənbələr iddia edirlər ki, bu bənd yerinə yetirilməyənə qədər Tehran danışıqların növbəti mərhələsinə keçməyəcək.


Məlumata görə, Hizbullahın tələblərinə uyğun şəkildə Livanda tam atəşkəsin təmin olunması da müzakirə edilən məsələlər sırasındadır.