Livan Hizbullahının baş katibi Livan ilə İsrail arasında əldə olunan atəşkəs razılaşmasının şərtlərini rədd edərək bildirib ki,İsrailin hücumları davam etdiyi müddətdə təşkilat da İsrailin şimalına qarşı əməliyyatlarını davam etdirəcək.
Nəim Qasım yaydığı bəyanatda bildirib ki,hazırkı şəraitdə təşkilat qüvvələrinin Livanın cənubundan çıxarılması “təslim olmaq və İsrailin məqsədlərinin həyata keçməsi” anlamına gəlir.
O vurğulayıb ki,İsrailin Livana və yaşayış məntəqələrinə hücumları davam etdikcə, İsrailin şimalı da təhlükəsiz olmayacaq.Qasım əlavə edib ki, Hizbullah “müqaviməti” dayandırmaq barədə heç bir öhdəlik götürməyib və “işğal” adlandırdığı vəziyyət davam etdikcə fəaliyyətini sürdürəcək.
Hizbullah liderinin açıqlamaları Livan və İsrail arasında atəşkəsin uzadılması ilə bağlı razılaşmanın elan edilməsindən bir neçə saat sonra səslənib və razılaşmanın həyata keçirilməsi qarşısında ciddi maneələrin mövcud olduğunu göstərir.