ArazNews
Ana Səhifə / İran / Keçmiş Mossad rəsmisi: “İranla işimiz yeni başlayıb”
İran

Keçmiş Mossad rəsmisi: “İranla işimiz yeni başlayıb”

 Keçmiş Mossad rəsmisi: “İranla işimiz yeni başlayıb”


Mossadın keçmiş yüksəkvəzifəli rəsmilərindən biri İsrael Hayom qəzetinə bildirib ki, İsrailin İran rejiminə qarşı əməliyyatları başa çatmayıb və artıq yeni mərhələyə daxil olub.

ArazNews-un məlumatına görə, o, Mossadın “nüfuz əməliyyatları” bölməsinin fəaliyyətinə toxunaraq bildirib ki, məqsəd media, psixoloji və kəşfiyyat əməliyyatları vasitəsilə İran rejiminin zəifləmə prosesini sürətləndirməkdir.


Keçmiş rəsmi iddia edib ki, İran cəmiyyəti ilə hakimiyyət arasındakı uçurum son illərin ən yüksək səviyyəsinə çatıb. Onun sözlərinə görə, Mossad son illərdə İranda ictimai rəyə təsir göstərmək üçün saxta hesablar, influenserlər və süni intellekt əsaslı media alətlərindən ibarət geniş əməliyyat şəbəkəsi yaradıb.


Məqalədə David Barnea, Mossad rəhbərinə yaxın mənbələrə istinadən qeyd olunur ki, təşkilat hesab edir ki, Donald Tramp İran iqtisadiyyatının dirçəlməsinə səbəb olacaq hər hansı razılaşmadan imtina edər və iqtisadi təzyiqlər davam edərsə, İran rejimi 2026-cı ilin sonunadək ciddi çökmə təhlükəsi ilə üzləşə bilər.


Mənbələrin iddiasına görə, Mossad iqtisadi problemlərin, sosial narazılığın və xarici təzyiqlərin İran hakimiyyətinin dayaqlarını tədricən aşındırdığı qənaətindədir.


Keçmiş Mossad rəsmisi əlavə edib ki, hərbi əməliyyatlardan dərhal sonra İran rejiminin süqutunu gözləmək real deyil. Bununla belə o bildirib: “Bu prosesin üç ay, altı ay və ya bir il çəkəcəyini heç kim bilmir. Amma əminəm ki, başlanmış proses rejimin sonunu əvvəlkindən daha sürətlə yaxınlaşdıracaq.”