ABŞ vitse-prezidenti Cey Di Vens Vaşinqtonla Tehran arasında mümkün razılaşma çərçivəsində İran rejiminin nüvə silahı inkişaf etdirməməyə razılaşacağı ilə bağlı “çox nikbin” olduqlarını bildirib.
ArazNews-un məlumatına görə, Tehran-Vaşinqton danışıqlarında da iştirak edən Vens NBC telekanalına müsahibəsində deyib ki, əsas məsələ yalnız İran rejiminin nüvə silahı hazırlamamaq öhdəliyi deyil, həm də gələcəkdə razılaşmanın pozulmamasını təmin edəcək etibarlı nəzarət və yoxlama mexanizminin qurulmasıdır.
Bu açıqlama ABŞ ilə İran rejimi arasında gərginliyin azaldılması, sanksiyalar və nüvə dosyesi ilə bağlı dolayı danışıqların davam etdiyi bir vaxtda verilib. Tərəflər arasında nəzarət mexanizmi, dondurulmuş vəsaitlərin azad edilməsi və Tehranının nüvə proqramının gələcəyi ilə bağlı fikir ayrılıqları hələ də qalmaqdadır.