İran hakimiyyətinə yaxın media bildirir ki, Tehran ABŞ-ın mümkün razılaşma ilə bağlı təklif mətnini araşdırır. Diplomatik mənbələr isə İran rejiminin hələ rəsmi cavab vermədiyini deyirlər.
ArazNews-un İSNA-ya istinadən verdiyi məlumata görə, Tehranda ümumi çərçivə, bəzi detallar və zəmanət xarakterli etimadqurucu addımlar barədə müzakirələr gedir. Məlumatda iddia olunur ki, ABŞ-ın təklif mətni bəzi fikir ayrılıqlarını azaldıb, amma razılaşma Vaşinqtonun “müharibə variantını” kənara qoymasından asılıdır.
İSNA həmçinin Pakistan ordusunun komandanı Asim Munirin Tehrana səfərinin fikir ayrılıqlarını azaltmaq və tərəfləri rəsmi anlaşma mərhələsinə yaxınlaşdırmaq məqsədi daşıdığını iddia edib.
Buna qarşılıq, Al Hadath diplomatik mənbəyə istinadən bildirib ki, Tehran hələ də ABŞ təklifini nəzərdən keçirir və yekun cavabını verməyib.