Donald Tramp Fox News-a müsahibəsində İsrailin baş naziri Benyamin Netanyahunun İran rejimi ilə bağlı ondan gələn istənilən istəyi yerinə yetirəcəyini bildirib. Tramp deyib ki, Netanyahu bunu daha əvvəl də açıq şəkildə ifadə edib.
ArazNews-un Fox News-a istinadən məlumatına görə, Tramp müsahibədə İsrailin baş naziri ilə “möhtəşəm münasibəti” olduğunu deyib və onu böyük adam kimi xarakterizə edib. O, İsraildə 99 faizlik populyarlığı ilə bağlı zarafat edərək bildirib ki, İsrailin baş naziri postuna namizəd ola bilər və bəlkə prezidentlik müddəti başa çatdıqdan sonra bunu edər.
Bu açıqlamalar ABŞ ilə İran rejimi arasında danışıqların davam etdiyi, Trampın isə bir neçə gün əvvəl Tehrana qarşı planlaşdırılmış hücumu təxirə saldığı bir vaxtda səslənib.