Tehran bələdiyyəsi: Müharibədə 1260-dan çox insan öldü, 51 min yaşayış vahidi zərər gördü
2 saat əvvəl
•
1 dəq oxu
•
Editorial Board
ArazNews-un Şərq qəzetinə istinadən verdiyi məlumata görə, Tehran bələdiyyəsi ilk dəfə ABŞ və İsrailin paytaxta hücumları nəticəsində yaranan insan itkisi və maddi zərərlə bağlı statistikanı açıqlayıb.
Tehran bələdiyyəsinin sözçüsü bildirib ki, 40 günlük müharibə zamanı paytaxtda 650 zərbə qeydə alınıb, nəticədə azı 1260 nəfər ölüb, 2800-dən çox insan yaralanıb.
Açıqlanan rəqəmlərə görə, təxminən 51 min yaşayış vahidi zərər görüb. Həmçinin 10 min 733 avtomobil və 754 motosikletə ziyan dəyib, bunlardan 150-yə yaxını taksi olub.
Tehran bələdiyyəsi əlavə olaraq paytaxtın avtobus parkına təxminən 22 milyard tümən zərər dəydiyini açıqlayıb.