Keçmiş Sepah komandiri: İranın şərtləri qəbul olunmadan danışıq olmayacaq

3 saat əvvəl 1 dəq oxu Editorial Board
Keçmiş Sepah komandiri: İranın şərtləri qəbul olunmadan danışıq olmayacaq


Məhəmmədəli Cəfəri, Sepah-ın keçmiş baş komandanı, bildirib ki, sanksiyalar ləğv edilməyincə, bloklanan vəsaitlər azad olunmayınca, müharibə zərərləri ödənilməyincə və İranın Hörmüz boğazı üzərində suverenlik iddiası tanınmayınca “heç bir yeni danışıq” baş tutmayacaq.


Araz News-in məlumatına görə, Cəfəri Tasnim agentliyinə deyib ki, bu şərtlər son günlər Tehrandakı reklam lövhələrində “İranın müharibəni bitirmək üçün beş əsas şərti” kimi nümayiş etdirilən tələblərlə eynidir.


O, ABŞ və İsrailin danışıqlar zamanı hücumlar həyata keçirdiyini iddia edərək bildirib ki, İran rejimi artıq qarşı tərəfə etibar etmir və bu addımların “bir bədəli” olmalıdır.


Cəfərinin sözlərinə görə, irəli sürülən şərtlər böhranın həlli üçün İranın yeni planının bir hissəsidir. Bu planın ötən həftə ABŞ hökumətinə təqdim edildiyi, Donald Trampın isə onu “axmaqca” və “qəbulolunmaz” adlandırdığı bildirilir.