İran məhkəmə sistemi “casusluq” ittihamı ilə 51 nəfərin əmlakını dondurdu

2 saat əvvəl 1 dəq oxu Editorial Board
İran məhkəmə sistemi “casusluq” ittihamı ilə 51 nəfərin əmlakını dondurdu


ArazNews-un Mizan agentliyinə istinadən verdiyi məlumata görə, İran rejiminin məhkəmə sistemi Yəzd vilayətində 51 nəfərin “casusluq, düşmən ölkələr və müxalif qruplarla əməkdaşlıq” ittihamı ilə əmlakının dondurulduğunu açıqlayıb.


Açıqlamada bildirilib ki, bu əmlaklar müharibədən zərər görmüş bölgələrin bərpası üçün “xalqın xeyrinə” müsadirə olunacaq.


Məlumata görə, adı çəkilən şəxslərdən 20-si İran daxilində, 31-i isə ölkə xaricindədir. Dondurulan əmlaklara bank hesabları, daşınar və daşınmaz əmlaklar, şirkət səhmləri və bəzi etibarnamə ilə idarə olunan varlıqlar daxildir.


İran məhkəmə sistemi bu şəxslərin kimliyini açıqlamayıb və ittihamlarla bağlı hər hansı sübut və ya detallı məlumat təqdim etməyib.