ABŞ İraqdakı Kətaib Hizbullah qrupunun yüksəkvəzifəli üzvünü terror ittihamı ilə saxladı

3 saat əvvəl 1 dəq oxu Editorial Board
 ABŞ İraqdakı Kətaib Hizbullah qrupunun yüksəkvəzifəli üzvünü terror ittihamı ilə saxladı


ABŞ Ədliyyə Nazirliyi iraqlı və Kətaib Hizbullah qrupunun yüksəkvəzifəli üzvlərindən olan Məhəmməd Baqir Səd Davud əs-Saidinin ABŞ maraqlarına qarşı Avropada çoxsaylı hücumlarda iştirak və ABŞ ərazisində mümkün hücumlar planlaşdırmaq ittihamı ilə saxlanılaraq Amerikaya gətirildiyini açıqladı.


ArazNews-un Reuters-ə istinadən verdiyi məlumata görə, ABŞ prokurorları əs-Saidini xarici terror təşkilatına maddi dəstək verməkdə ittiham edir. ABŞ rəsmiləri onun Avropa və ABŞ-da amerikalı hədəflərə qarşı təxminən 20 hücum və uğursuz hücum cəhdinin koordinasiyası və ya dəstəklənməsində rol oynadığını bildirir.


Məhkəmə sənədlərinə görə, ittihamlar partlayış, qəsdən yanğın törətmə və ABŞ maraqlarına qarşı xaricdə həyata keçirilən hücumlarla bağlıdır. ABC News isə bu şəxsin Türkiyədə saxlanıldıqdan sonra ABŞ rəsmilərinə təhvil verildiyini yazıb. Vəkili onun təkadamlıq kamerada saxlanma şəraitinə etiraz edib.