ABŞ Nümayəndələr Palatasındakı Respublikaçı rəhbərlik Donald Trampın İranla bağlı müharibə səlahiyyətlərini məhdudlaşdırmağı nəzərdə tutan layihə üzrə səsverməni təxirə salıb.
ArazNews-un Axios-a istinadən verdiyi məlumata görə, layihə qəbul olunsaydı, bu, Konqresin Tramp administrasiyasının İrana qarşı hərbi əməliyyatlarının davamına qarşı ilk uğurlu etirazı olacaqdı.
Amerikalı mənbələr bildirirlər ki, Respublikaçı Partiya daxilində fikir ayrılığı və bəzi deputatların layihəni dəstəkləmə ehtimalı partiya rəhbərliyinin geri addım atmasına səbəb olub.
Axios yazır ki, münaqişənin uzanması və Konqresin rəsmi icazəsinin olmaması bəzi Respublikaçılar arasında narahatlığı artırıb. Ağ Ev isə atəşkəsin qüvvədə olduğunu əsas gətirərək müharibə səlahiyyətləri ilə bağlı hüquqi məhdudiyyətlərin artıq mövcud vəziyyətə aid olmadığını iddia edir.