Britaniya Yaxın Şərqdə yeni anti-dron sistemi yerləşdirdi
Britaniya qüvvələrini, vətəndaşlarını və müttəfiqlərini pilotsuz uçuş aparatlarının hücumlarından qorumaq məqsədilə Yaxın Şərqdə yeni və aşağı xərcli anti-dron sistem yerləşdirdiyini açıqlayıb.
Bu sistem “Advanced Precision Kill Weapon System” (APKWS) adlanır və Britaniya Kral Hava Qüvvələrinin döyüş təyyarələrinə quraşdırılacaq. Sistem hədəfləri adi raketlərlə müqayisədə daha aşağı xərclə və yüksək dəqiqliklə vurmaq üçün nəzərdə tutulub.
Britaniyalı rəsmilər bildiriblər ki, bu texnologiya son illərdə Yaxın Şərqdə artan dron təhdidinə qarşı daha sərfəli müdafiə imkanı yaradır.
Bu addım Donald Trampın son aylarda NATO üzvlərini, o cümlədən Britaniyanı, İranla bağlı təhlükəsizlik böhranlarında kifayət qədər iştirak etmədiklərinə görə tənqid etməsindən sonra atılıb.