Pakistanlı bir mənbə Reuters agentliyinə bildirib ki, Pakistan İranın müharibəni bitirmək üçün hazırladığı düzəliş edilmiş təklifi ABŞ-a çatdırıb. Danışıqların isə hələ də çıxılmaz vəziyyətdə olduğu bildirilir.
Araz News-un Reuters-ə istinadən verdiyi məlumata görə, həmin mənbə “çox vaxtımız yoxdur” deyərək həm İranın, həm də ABŞ-ın davamlı olaraq şərtlərini və qırmızı xətlərini dəyişdirdiyini bildirib.
İranın yeni təklifinin detalları açıqlanmasa da, bu açıqlamalar Pakistanın tərəflər arasındakı fikir ayrılıqlarını azaltmaq və danışıqları davam etdirmək üçün vasitəçilik səylərini sürdürdüyünü göstərir.