ArazNews
Ana Səhifə / Xəbər / Avropa Parlamenti İran rejimi rəsmilərinə qarşı sanksiyaların genişləndirilməsini istədi
Xəbər

Avropa Parlamenti İran rejimi rəsmilərinə qarşı sanksiyaların genişləndirilməsini istədi

Avropa Parlamenti İran rejimi rəsmilərinə qarşı sanksiyaların genişləndirilməsini istədi


Avropa Parlamenti cümə axşamı İran, Əfqanıstan və İndoneziyada insan haqları vəziyyəti ilə bağlı üç qətnamə qəbul edərək İran rejimi rəsmilərinə qarşı təzyiqlərin artırılmasını istəyib və İran xalqına qarşı hökumət repressiyalarına diqqət çəkib.


Avropa Parlamenti üzvləri Avropa İttifaqı ölkələrini repressiyalarda iştirak edən rəsmilərə, xüsusilə SEPAH üzvlərinə və Əli Xamenei ilə əlaqəli qurumlara qarşı sanksiyaları genişləndirməyə çağırıblar.


Bəyanatda həmçinin SEPAH üzvlərinin və onların yaxın ailə üzvlərinin Avropa İttifaqı ərazisinə girişinin qadağan olunması, eləcə də transsərhəd repressiyalarla əlaqəli İran diplomatik missiyalarının bağlanması təklif olunub.


Avropa Parlamenti Aİ və beynəlxalq tərəfdaşları İran xalqına, xüsusilə təhlükəsiz və məhdudiyyətsiz internet çıxışı sahəsində daha çox dəstək verməyə də çağırıb.