Donald Trampa qarşı dini fətvanı icra edəcək şəxsə mükafat ödənilməsini nəzərdə tutan təklif İran rejimi parlamentində baxılma mərhələsinə keçib.
İran mediasının yazdığına əsasən, parlamentin Mədəniyyət Komissiyasının üzvü Həsənəli Əxlaqi Əmiri 1 iyunda bildirib ki, hüquqi prosedurlar tamamlandıqdan sonra bu təklif deputatların müzakirəsinə çıxarılacaq və onun sözlərinə görə, “şübhəsiz” qəbul ediləcək.
Bu açıqlamalar Tehranda təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bir vaxtda səslənib. İran rejimi parlamentinin iclasları da bu günlərdə müvəqqəti olaraq onlayn formatda keçirilir.