Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) regionun ərəb ölkələrində neft hasilatının qismən bərpa olunduğu bir dövrdə İranın neft istehsalında ciddi azalma qeydə alındığını bildirib.
Araz News-un məlumatına görə, İranın gündəlik neft hasilatı may ayında 546 min barel azalaraq 2 milyon 330 min barelə düşüb. Bu göstərici son altı ildə ölkənin ən aşağı neft istehsalı səviyyəsi hesab olunur.
Bu, İran neft hasilatının ardıcıl üçüncü ay azalmasıdır. Bildirilir ki, son ayda azalmanın əsas səbəbi ABŞ-ın İran İslam Respublikasına qarşı tətbiq etdiyi dəniz blokadası və İran neft ixracının dayanması olub.
OPEK üzvləri və ötən ayın əvvəlindən təşkilatdan ayrılan BƏƏ daxil olmaqla ölkələrin ümumi neft hasilatı may ayında təxminən 18,8 milyon barel təşkil edib. Bu göstərici İran İslam Respublikasının Hörmüz boğazını bağlamasından əvvəlki dövrlə müqayisədə təxminən 10 milyon barel azdır.